Ukrayna Qarabağda yaşıl enerjidən istifadə ilə bağlı Azərbaycana təkliflər verə bilər

image

"Qarabağ münaqişəsinin başa çatmasından sonra bölgənin bərpası və yenidənqurulması sahəsində görülən işlər Ukrayna olaraq, bizim üçün yaxşı nümunədir".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının deputatı, enerji məsələləri üzrə beynəlxalq dərəcəli mütəxəssis Lyüdmila Buymister bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində görülən bərpa və yenidənqurma prosesinə Ukrayna “yaşıl enerji” sahəsindəki təcrübəsi ilə əhəmiyyətli kömək edə bilər: “Çünki indiyədək Ukraynada 9 qiqavatdan çox günəş və külək enerjisi stansiyaları quraşdırılıb. Düşünürəm ki, bu cür imkanlarla gələcəkdə daha çox əməkdaşlıq sahələrini inkişaf etdirmək mümkündür”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *