"Türkiyə enerji sektorunda Ukraynanın mühüm strateji tərəfdaşıdır".
"Renewables.az" Ukrayna Energetika Nazirliyinin saytında dərc olunan məlumata istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Herman Qaluşenko Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yağmur Əhməd Güldere ilə baş tutan görüşündə vurğulayıb.
Tərəflər ikitərəfli əməkdaşlığın geniş spektrini, xüsusən də Ukraynaya elektrik enerjisinin tədarükü üçün Türkiyənin üzən elektrik stansiyalarından istifadəni müzakirə ediblər.
“Üzən elektrik stansiyaları enerji sisteminin qeyri-mərkəzləşdirilməsi elementlərindən biridir, regionu elektrik enerjisi ilə təmin etmək imkanıdır. Bu, Rusiyanın hər gün enerji obyektlərimizə hücumunu davam etdirdiyi şəraitdə xüsusilə vacibdir”, - nazir qeyd edib.
Ukrayna və Türkiyə tərəfləri üzən elektrik stansiyalarının və onların yerləşdiyi yerlərin təhlükəsizliyinə xüsusi diqqət yetirərək, bu məsələ ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Herman Qaluşenko Türkiyənin on minlərlə sakininin həyatına son qoyan faciə - zəlzələ ilə bağlı cənab səfirə başsağlığı verib.
Rəylər (0):