Ukrayna və Aİ enerji sahəsində İş Planı imzalayıb

image

Ukrayna və Avropa İttifaqı (Aİ) 2023-cü il üçün enerji sahəsində İş Planı imzalayıb.

Renewables.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın energetika nazirinin müavini Yaroslav Demçenkov Avropa Komissiyasının energetika üzrə baş direktorunun müavini Mextild Versdorfer ilə görüşüb və tərəflər ENTSO-E ilə sinxronlaşdırılmadan sonra Ukraynanın elektrik enerjisi bazarlarının inteqrasiyası üzrə yol xəritəsinin həyata keçirilməsində irəliləyişə nail ola bildiyini vurğulayıblar.

Sənəd enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun həyata keçirilməsinə yönəlib. O, Ukraynanın enerji bazarında islahatların aparılmasını nəzərdə tutur.

“Sənəd Ukrayna və Avropa Komissiyası arasında birgə iş üçün bir sıra istiqamətləri müəyyən edir. Bunlar enerji səmərəliliyinin gücləndirilməsi, nüvə təhlükəsizliyi, kömür regionlarının transformasiyası, neft ehtiyatları, qaz bazarının və elektrik enerjisi bazarının inteqrasiyası, bərpa olunan enerjinin inkişafı, elm və innovasiyadır”, - nazirlikdən qeyd olunub.

Nazirlikdən əlavə edilib ki, sənəd istehlakçılar üçün enerji təhlükəsizliyi və enerji əlçatanlığı təminatları ilə “təmiz” enerjiyə keçidi, ixrac-idxal axınlarını genişləndirmək üçün texniki və tənzimləyici həllərin tətbiqini nəzərdə tutur.

“2023-cü il üçün iş planı Ukrayna və Aİ-nin lazımi tədbirləri görəcəyini və elektrik enerjisi ticarəti potensialının artırılmasına töhfə verəcəyini nəzərdə tutur. Hər iki tərəf bərpa olunan elektrik enerjisinin istehsalına dəstək üçün şərait yaratmaq, habelə bərpa olunan enerji obyektlərində enerji saxlama sistemlərinin yaradılması və şəbəkələrin modernləşdirilməsi üzrə tədbirlər həyata keçirilmək üzərində çalışacaq”, - Ukrayna Energetika Nazirliyindən əlavə ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *