UNIDO Azərbaycanda sənayedə yaşıl hidrogenin tətbiqi məqsədilə layihə təklif edib

image

Bakıda keçirilən XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini Fatou Haidaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Energetika Nazirliyində görüş keçirilib.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə baş tutan görüşdə COP29 beynəlxalq konfransına hazırlıq, bərpa olunan enerjidən istifadənin inkişafı, enerji effektivliyinin artırılması, yaşıl enerji zonalarının yaradılması üzrə həyata keçirilən işlər barədə məlumat verilib, enerji keçidi, eləcə də yaşıl hidrogenin istehsalı və ixracı, bu sahədə UNIDO ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Təşkilat tərəfindən təklif edilmiş Azərbaycanda sənayedə yaşıl hidrogenin tətbiqi məqsədilə texnoloji hazırlığın və institusional potensialın genişləndirilməsi layihəsi nəzərdən keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *