"Asiya İnkişaf Bankının (ADB) dəstəklədiyi “Üzən Günəş Panellərinin İnkişafı üçün Bilik Paylaşımı və Texniki Dəstək” pilot layihəsi çərçivəsində 100 kVt-luq üzən günəş elektrik stansiyası layihəsi artıq işlənmə mərhələsindədir".
"Renewables.az"ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.
"Bu, ADB-nin texniki dəstəyinin bir hissəsidir, ona görə də biz heç bir investisiya qoymuruq. Bu pilot layihənin məqsədi müsbət və mənfi cəhətləri anlamaq və bu təşəbbüsün 50 MVt gücündə elektrik stansiyasına qədər genişləndirilməsi üçün zəmin yaratmaqdır", - nazir müavini bildirib.
Rəylər (0):