Üzən günəş sistemi layihəsinin 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur

image

AİB “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi Böyükşor gölündə 100 kVt gücə malik olacaq fotovoltaik sistemin quraşdırılmasını, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılmasını, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsini nəzərdə tutur.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabat ili ərzində məsləhətçi şirkət tərəfindən ölkədə üzən günəş panellərinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) və Böyükşor gölündə 50 MVt gücündə üzən günəş stansiyası ilə bağlı TİƏ, habelə "Bərpa olunan enerji mənbələri üzrə tarif qiymətləndirmə hesabatı" və "Böyükşör gölündə üzən fotovoltaik stansiyası layihəsinin genişləndirilməsi üçün biznes modellərin seçilməsinə dair hesabat" təqdim edilmişdir.

Hazırda üzən günəş panelləri avadanlıqlarının ölkəyə idxalı ilə bağlı işlər davam etdirilir. Layihənin icrasının 2023-cü ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *