Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə görüşdə Cənub Qaz Dəhlizinin, Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı, habelə Enerji Dialoqu çərçivəsində əməkdaşlıq priroritetləri üzrə müzakirələr aparılıb. Enerji layihələrinin maliyyələşmə imkanları, xüsusilə yaşıl enerjinin istehsalı və ötürülməsi istiqamətində dördtərəfli formatda görülən tədbirlər barədə fikir mübadiləsi edilib. Müxtəlif komponentlərdən ibarət layihənin tam texniki iqtisadi əsaslandırması və birgə müəssisənin yaradılması prosesinə başlandığı bildirilib.
Söhbət zamanı Avropa İttifaqı ilə enerji səmərəliliyi və metan emissiyaları üzrə əməkdaşlıq barədə də danışlıb.
Rəylər (0):