Yaponiyanın “TEPSCO” şirkəti ilə Yaşıl Enerji Zonası Konsepsiyasının həyata keçirilməsi ilə bağlı görüşlər davam etdirilir

image

Yaponiyanın “TEPSCO” şirkəti ilə işğaldan azad olunmuş ərazilərdə Yaşıl Enerji Zonası Konsepsiyasının həyata keçirilməsi ilə bağlı görüləcək tədbirlər çərçivəsində görüşlər intensiv davam etdirilir.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Bu məsədlə 2022-ci ilin 24 fevral tarixində “Hidroakkumulyasiya stansiyalarının tətbiqi”, 25 fevral tarixində “İstilik nasoslarının tətbiqi”, 2 mart tarixində “Damüstü günəş panellərinin tətbiqi”, 9 mart tarixində “Enerji effektivliyi məqsədli yaşayış və qeyri-yaşayış binaları üçün standartlar”, 29 mart tarixində “Günəş kollektorlarının tətbiqi”, 31 mart tarixində “Elektrik avtomobillərin tətbiqi” və “Qısamüddətli, orta-uzunmüddətli tədbirlər planı”, 7 aprel tarixində “Hidroakkumulyasiya stansiyalarının planlaşdırılması və Yaponiya hökumətinin elektromobillərə və hibrid tipli avtomobillərə və elektrik doldurulma qurğularına verdiyi subsidiyalar”, 15 aprel tarixində "Smart sayğaclar" mövzusunda müzakirələr keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *