2023-cü ildə yaşıl enerji texnologiyalarına investisiya qoyuluşu gündə 1 milyard dollara çatacaq və ilk dəfə olaraq neft hasilatı xərclərini üstələyəcək.
Renewables.az “Financial Times” qəzetinə istinadla bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birola istinadla məlumat yayıb.
“Əgər bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr son illərdəki templə artmağa davam etsə, yaxın zamanlarda tamamilə yeni enerji sisteminin yaranacağını görəcəyik”, - deyə Fatih Birol bildirib.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2023-cü ildə yaşıl enerjiyə illik sərmayələr 1,7 trilyon dolları ötəcək ki, bu da 2021-ci illə müqayisədə 24 faiz çoxdur. Neft-qaz sahəsində illik xərclərin isə 15 faiz artaraq 1 trilyon dollara çatacağı gözlənilir.
Rəylər (0):