Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti birgə təşkilatçılığı ilə "Siemens Energy" şirkətinin Yeni enerji bölməsinin rəhbəri professor Yaşar Musayevin təqdimatında "Yaşıl hidrogen: gələcəyin əsas enerji mənbəyi kimi" mövzusunda seminar keçirilib.
Renewables.az bu barədə AREA-ya istinadən xəbər verir.
Yaşar Musayev təqdimatında "Siemens Energy" şirkətinin yaşıl enerji sahəsindəki fəaliyyəti və istiqamətləri, yaşıl hidrogen istehsalının perspektivləri, Azərbaycanda son illər yaşıl enerji istiqamətində atılan addımlar və digər məsələlər barədə çıxış edib.
Tədbirin sonunda isə iştirakçıların sualları cavablandırılıb.
Rəylər (0):