Yeni Yaşma və Şurabad külək elektrik stansiyalarında 24 milyon kVt-saat elektrik enerjisi istehsal olunub

image

Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında 24,3 milyon kVt-saat elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Renewables.az-ın məlumatına görə, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Qeyd edilib ki, görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 9,2 milyard kVt-saat olub, ümumi yığım səviyyəsi 98,7 faizə çatdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *