2022-ci ildə “Azalternativenerji” MMC-nin stansiyalarında 10 mln. kVt-saatdan çox enerji istehsal olunub

image

2022-ci il üzrə bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının təmin olunması ilə bağlı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) tabeliyindəki “Azalternativenerji” MMC-in stansiyaları tərəfindən elektrik enerjisi üzrə istehsal göstəriciləri açıqlanıb.

"Renewables.az" xəbər verir ki, MMC-nin obyektlərində istehsal olunmuş elektrik enerjisi göstəriciləri aşağıdakı kimidir:

  • Qobustan Hibrid Elektrik Stansiyası: 5,5963 mln. kVt-saat

  • Suraxanı GES: 1,3388 mln. kVt-saat

  • Piralahı GES: 0,3783 mln. kVt-saat

  • Sahil GES: 1,6765 mln. kVt-saat

  • Samux GES: 0,5967 mln. kVt-saat

  • Şəki KSES: 0,2033 mln. kVt-saat

  • Masallı rayonu Boradigah kənd idman zalında quraşdırılmış günəş qurğusu: 0,0734 mln. kVt-saat

  • Beyləqan rayonu Xocavənd rayon idman zalında quraşdırılmış günəş qurğusu: 0,0452 mln. kVt-saat

  • Sabirabad Regional Asan xidmət mərkəzində quraşdırılmış günəş qurğusu: 0,008 mln. kVt-saat

  • Masallı rayonu Boradigah kənd idman kompleksi MMC: 0,0167 mln. kVt-saat

  • Biləsuvar rayon məcburi köçkünlər üçün inşa edilmiş 6 məktəb və 6 uşaq bağçası kompleksi: 0,3305 mln. kVt-saat

  • Bakı şəhəri üzrə sosial obyektlərdə quraşdırılmış günəş panelləri və istilik nasosları: 0,0674 mln. kVt-saat

  • Yekun: 10,331 mln. kVt-saat


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *