9 ayda respublikada elektrik enerjisi istehsalı artıb

image

2023-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt-saat, yəni 0,13 % artaraq 21 538,6 mln. kVt-saat olub.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, 9 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 19 854,5 mln. kVt-saat, SES-lərdə 1 417,1 mln. kVt-saat, digər mənbələr üzrə isə 267,0 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 44,6 mln. kVt-saat, günəş elektrik stansiyalarında 53,2 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 169,2 mln. kVt-saatelektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 404,6 mln. kVt-saat (İES-lərdə 18 078,3 mln. kVt-saat, SES-lərdə 1 326,3 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 368,2 mln. kVt-saat (İES-lərdə 240,0 mln. kVt-saat, SES-lərdə 79,5 mln. kVt-saat, Günəş ES-də 48,7 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,4 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 731,4 mln. kVt-saat təşkil edib.

2023-cü ilin yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt-saat, idxalı isə 179,6 mln. kVt-saat olub.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 293,4 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 10,3 mln. kVt-saat, ixrac isə 313,4 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *