ABŞ Dövlət katibinin nümayəndəsi: "Qeyri-məhdud potensial investorlar üçün çox cəlbedicidir"

image

Əvvəla, mən Azərbaycanın bu istiqamətdə səylərini bir daha alqışlamaq istərdim. Hesab edirəm ki, hökumət, eləcə də yerli şirkətlər bərpa olunan enerjiyə sərmayə qoymaq istiqaməti tutub. Bu baxımdan, uzaqgörənlik və strateji baxış heyranlıq doğurur. ABŞ şirkətləri bu resurslardan istifadəni reallaşdırmaq üçün çox inkişaf etmiş texnologiyalara və strategiyalara malikdir ki, Qafqazın və Xəzər regionunun inkişaf etdirilməsində onlardan istifadə oluna bilər.

"Renewables.az" xəbər verir ki, bunu "Report"a eksklüziv müsahibəsində  ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinini müşaviri Laura Loxman deyib.

Qeyd etmək istərdim ki, onların yeni “yaşıl dəhliz” ideyasını əlavə etməsi çox təqdirəlayiq haldır. Buna görə də şura üzvlərinin bu məsələni necə həyata keçirəcəkləri barədə fikirlərini eşitmək çox maraqlı olacaq. Biz hamımız bərpa olunan enerjiyə keçidi stimullaşdırmağa və dəstəkləməyə çalışırıq.

Görüşümüz zamanı Prezident dedi ki, dənizdə külək enerjisinin potensialı nəhəngdir və 157 qiqavat təşkil edir. Buna quruda külək enerjisinin potensialı, o cümlədən azad edilmiş ərazilərin əhəmiyyətli külək potensialını əlavə etsəniz, demək olar ki, qeyri-məhdud potensialınız var. Bu da investorlar üçün çox cəlbedicidir.

Hesab edirəm ki, həm Avropa, həm Amerika, həm də Yaxın Şərq şirkətləri investisiya yatırılmasına maraq göstərir. Onlar əmin oldu ki, burada yaxşı investisiya və biznes mühiti var. Ölkə strateji cəhətdən əhəmiyyətli mövqeyə malikdir. Məncə, siz bərpa olunan enerji sektoruna əhəmiyyətli sərmayələrin yatırılmasının şahidi olacaqsınız.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *