ABŞ-ın Energetika Resursları Bürosunun rəsmisi Azərbaycanda səfərdədir

image

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Azərbaycana səfərə gəlib.

“Berpaolunanenerji.az” ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 2-dək davam edəcək səfər çərçivəsində L.Lokman hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, eləcə də Bakı Enerji Həftəsində iştirak edəcək.

Qeyd edək ki, Dövlət katibinin köməkçisinin müavini Laura Lokman Dövlət Departamentinin Energetika Resursları Bürosunun Enerji Diplomatiyası komandasına rəhbərlik edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *