AERA-da bərpa olunan enerji layihələri və yaşıl hidrogen istehsalı müzakirə olunub

image

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov "Caspian Hydrogen Development Group" şirkətinin sədri Teymur Abbasov, Yaponiyanın "Toyota Tsusho Cooperation" şirkətinin Yeni layihələrin inkişafı departamentinin meneceri Fumihiko Sato və "Eurus Energy" şirkətinin menecer müavini Tomataka Vatanabeni qəbul edib.

Renewables.az bu barədə AERA-ya istinadən xəbər verir.

Tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verdikdən sonra Azərbaycanda bərpa olunan enerji mənbələri layihələri, yaşıl hidrogen istehsalı və tətbiqi sahələri və digər mövzular müzakirə olunub. 

Tədbirdə həmçinin AERA-nın müvafiq struktur bölmələrinin əməkdaşları da iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *