Aktiv istehlakçının dəstəklənməsi mexanizmi necə işləyir? – VİDEO

image

İndi günəş panelləri yaşıl enerji istehsal etməklə yanaşı gəlir də gətirə bilər.

Renewables.az xəbər verir ki, bununla bağlı Energetika Nazirliyi maarifləndirici videoçarx yayıb.

Fərz edək ki, evinizin damında günəş panelləri quraşdırmısınız. Günün işıqlı saatlarında istehsal etdiyiniz yaşıl elektrik enerjisini şəbəkəyə ötürə, axşam saatlarında geri ala bilərsiniz. Ay ərzində şəbəkəyə ötürdüyünüz enerjinin miqdarı şəbəkədən aldığınızdan çox olarsa, arada qalan fərqi növbəti ay istifadə edəcəksiniz. Əksinə, əgər istehsal etdiyinizdən daha çox enerji almısınızsa, onda həmin artıq enerjinin dəyərini ödəyəcəksiniz. Bu proses il ərzində davam edəcək. İl ərzində şəbəkəyə ötürdüyünüz yaşıl enerjinin həcmi şəbəkədən aldığınızdan çox olarsa, qalıq enerjinin dəyəri bank hesabınıza ödəniləcək.

Aktiv istehlakçı olaq, həm yaşıl enerjidən istifadə edək, həm də gəlir qazanaq!

Xatırladaq ki, bu ilin 29 sentyabr tarixində Nazirlər Kabineti “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *