Alessandra Rokasalvo: Azərbaycanın böyük yaşıl enerji potensialı var

image

Neft və qaz gəlirləri bir çox beynəlxalq əhəmiyyətli layihələr, eləcə də yaşıl iqtisadiyyata keçid üçün Azərbaycanın siyasətinə təkan verir.

Renewables.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı təmsilçisi Alessandra Rokasalvo Bakıda keçirilən “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu”nda deyib.

Alessandra Rokasalvo bildirib ki, Azərbaycanın yaşıl enerji sahəsində də beynəlxalq layihələri var: “Azərbaycan gələcəkdə Avropaya nəinki neft və qaz, eləcə də yaşıl enerji də ixrac edəcək. Bunun üçün Azərbaycanın böyük potensialı var”.

O bildirib ki, ekologiya və iqlim dəyişikliyi ilə əlaqədar həyata keçirilən tədbirlər üçün maliyyə mənbələri lazımdır. “BMT-nin “Yaşıl İqlim Fondu” bu sahədə real xarakter daşıyan layihələrə dəstək göstərir.

İqlim dəyişikliyinin, qlobal istiləşmənin qarşısı yalnız kollektiv formada birgə səylərlə alınmalıdır. Bunun üçün biznes subyektləri də fəal olmalı, yaşıl enerji sahəsinə sərmayə yatırmalıdırlar”, - deyə o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *