Almaniya şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

image

Energetika Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və  RENAC AG şirkətinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Alman şirkətlərindən ibarət nümayəndə heyəti ilə bərpa olunan enerji mənbələri sektorunda investisiyalar və layihələr mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir.

Energetika nazirinin müavini Elnur Soltanovun iştirakı ilə keçirilən tədbirdə Alman şirkətlərinin nümayəndələrinə Azərbaycanda bərpa olunan enerji potensialı, ölkədə bu sahənin inkişafı istiqamətində görülən işlər, növbəti hədəflər və investisiya imkanları barədə məlumat verilib.

İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində görüləcək tədbirlər diqqətə çatdırılıb.

Layihələrə investisiya marağı olan şirkətlərin sualları cavablandırılıb və bərpa olunan enerji sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *