AREA-nın şöbə müdiri "CaspianPower"də çıxış edib

image

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdiri Rəna Hümbətova Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində (CaspianPower) təşkil olunmuş “Enerji sektorunda yeni reallıqlara uyğunlaşma - qaydalar, biznes və təhsil” sessiyasında çıxış edib.

Renewables.az AREA-ya istinadla xəbər verir ki, çıxışda Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri və əməkdaşlıqlar, ölkəmizin yaşıl enerjiyə keçidi və bu xüsusda enerji tərəfdaşı və təchizatçısı kimi regionda rolu, gənclərin bərpa olunan enerji sahəsi üzrə ixtisaslaşması və kadr potensialı, Paris Sazişi, 2030-cu il bərpa olunan enerji və 2050-ci il iqlim hədəfləri və digər məsələlərə toxunulub.

Həmçinin panel müzakirələrində bp, “Masdar”, Bakı Ali Neft Məktəbinin nümayəndələrinin çıxışları dinlənilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *