Arximed turbini tipli SES Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir

image

Yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib.

Renewables.az-ın məlumatına görə, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Qeyd edək ki, “Ağıllı Kənd” layihəsi çərçivəsində kəndin enerji təminatının dayanıqlığı üçün Həkəri çayı üzərində  hər biri 212 kVt-luq 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli Su Elektrik Stansiyasını inşa edilib.  Stansiyanın qoyuluş gücü 636 kVt-dır, illik istehsal gücü 5.553.200 kVt-saatdır və kəndin 3.066.678 kVt-saat elektrik enerjisi tələbatının tam təmin etmə gücünə malikdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *