Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyətinin bir qrup üzvü ilə görüş keçirilib.
Renewables.az-a bu barədə EMTA-dan bildirilib.
Görüşdə EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov, ADB-nin baş enerji mütəxəssisi Nana Qurgenidze və istilik məsələləri üzrə mütəxəssisi Sakari Oksanen, eləcə də ADB-in Bakı ofisinin və Agentliyin əməkdaşları iştirak ediblər.
Görüş zamanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), istilik təchizatı sektorunda səmərəliliyin artırılması və dekarbonizasiya, bərpa olunan enerji mənbələrinin təşviqi, eləcə də, AİB-in dəstəyi ilə istilik təchizatı sektorunda pilot layihələrin həyata keçirilməsi və elektroenergetika sektorunda tariflərin tənzimlənməsi istiqamətində müzakirə aparılıb.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.
Rəylər (0):