Aygün Zeynalova: "İşğaldan azad edilmiş ərazilərdə 9 200 MVt bərpaolunan enerji potensialı var"

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova "Report"a müsahibə verib. O, ölkədə energetika sahəsində atılan addımlar, Azərbaycanın "yaşıl enerji" potensialı və gələcək perspektivlər haqqında fikirlərini bölüşüb:

- Aygün xanım, bildiyiniz kimi dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu Sazişin Azərbaycan və Avropa üçün əhəmiyyəti nədən ibarətdir?

Məlum olduğu kimi, Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır. 2022-ci ilin iyulun 18-də imzalanmış “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun müddəaları nəzərə alındıqda, Sazişin əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır. Buxarestdə sazişin imzalanması yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir.

Ölkəmiz Avropanın elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilir, Azərbaycanın Avropa bazarına enerji ixracında yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi üçün Gürcüstan və Qara dənizdən keçəcək sualtı kabelin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu kabellə ötürülən elektrik enerjisinin daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql edilməsi planlaşdırılır.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova "Report"a müsahibə verib. O ölkədə energetika sahəsində atılan addımlar, Azərbaycanın "Yaşıl enerji" potensialı və gələcək perspektivlər haqqında fikirlərini bölüşüb:

- Azərbaycanın enerji ixracına işğaldan azad edilmiş torpaqların və Zəngəzur dəhlizinin potensialından istifadə necə təsir edə bilər?

- Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər də BOEM-lə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Bildiyiniz kimi, artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-a dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə olaraq ölkə Prezidentinin tapşırığına əsasən işğaldan azad edilmiş əraziləridə "Yaşıl enerji" zonası yaradılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsi hazırlanıb və artıq hökumətə təqdim edilib.

Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsi ilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan MR-na çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *