“Azalternativenerji” MMC obyektlərində çatışmazlıqların aradan qaldırılması üzrə Tədbirlər Planı hazırlayıb

image

“Azalternativenerji” MMC tərəfindən stansiya və sosial obyektlərdə istismar zamanı baş verən çatışmazlıqların aradan qaldırılması üzrə Tədbirlər Planı hazırlanıb.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

2022-ci ilin birinci yarısı ərzində MMC-nin tabeliyində olan stansiyalarda qurğu və avadanlıqlara yüksək səviyyədə texniki xidmət göstərilib, mütəmadi olaraq profilaktika və ölçü-sınaq işləri aparılıb, sıradan çıxmış avadanlıqlar gecikdirilmədən təmir edilib və ya yeni ehtiyat hissələri ilə əvəz edilərək stansiyaların normal rejimdə işləməsinə qısa zaman müddətində nail olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *