Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib

image

Energetika naziri Pərviz Şahbazov ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, qlobal enerji gündəliyindəki məsələlər müzakirə edilib.

Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, o cümlədən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkəmizin enerji keçidi istiqamətində gördüyü tədbirlər, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səyləri, “yaşıl enerji” texnologiyaları  və təcrübə mübadiləsi üzrə əməkdaşlıq  barədə danışılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *