Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu ilə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıb.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
“Bakı Enerji Həftəsi çərçivəsində ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş müşaviri Harri Kemian ilə görüşdük. Etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın enerji təchizatında rolu, "yaşıl enerji" keçidi üzrə fəaliyyəti, COP29 çərçivəsində enerji gündəliyindəki məsələlər və ikitərəfli əməkdaşlığa dair müzakirələrimiz oldu”, - P. Şahbazov bildirib.
Rəylər (0):