Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

image

Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi, burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə (Azərbaycana və İrana – red.) əlavə fayda verəcək.

Qeyd edək ki, layihə iki su elektrik kompleksinin və quraşdırılmış gücü (Azərbaycanın) 100 MVt olan “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisini nəzərdə tutur. Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycana ildə 358 milyon kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *