“Azərbaycanın bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə imzaladığı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində 3 istiqamətdə iş aparılacaq”.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
“Bilirsiniz ki, Qarabağın böyük enerji potensialı var. Bu bölgədə bütün elektrik stansiyalarının bərpa olunan enerji mənbələrinə çıxışı olacaq. Həmçinin Kəlbəcər-Laçın zonasında 100 MVt-lıq külək elektrik stansiyasının tikintisi, Qarabağdakı evlərin üzərində günəş panellərinin quraşdırılması, ən azı 200 MVt-lıq günəş elektrik stansiyasının tikintisi imkanları arşadırılıcaq”, - deyə o, qeyd edib.
Rəylər (0):