Azərbaycan, Qazaxıstan və Özbəkistan bərpa olunan enerji mənbələrinə fokuslanaraq enerji mübadiləsi sahəsində əməkdaşlıqla bağlı Birgə İşçi Qrupun yaradılması barədə razılığa gəliblər.
Renewables.az Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, bu Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərinin görüşündə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, o cümlədən “yaşıl” enerjinin ixracı sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutan Birgə Kommünikedə qeyd edilib.
Sənədə görə, Birgə İşçi Qrup qeyd olunan istiqamətdə texniki tapşırıq hazırlayacaq. Tərəflər müvafiq infrastrukturun yaradılmasında əməkdaşlıq edəcək.
Rəylər (0):