Azərbaycan yaxın vaxtlarda Serbiya ilə “yaşıl enerji”nin tədarükünə dair saziş imzalamağı planlaşdırır.
Renewables.az-ın "Report"a istinadən xəbərinə görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair brifinqdə deyib.
“Yaşıl enerji” əməkdaşlıq üçün çox vacib istiqamətdir. Bu kontekstdə Qara dəniz vasitəsilə Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu dəhliz Azərbaycandan Avropaya 4 GVt yaşıl enerji təchizatı üçün nəzərdə tutulub. Rumıniya və Macarıstanla razılaşmalar var, Serbiya ilə bu məsələyə dair danışıqlar aparılıb”, - o bildirib.
S.Babayev əlavə edib ki, 2024-cü ilin ikinci yarısında bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması başa çatacaq, bundan sonra yekun qərarlar qəbul ediləcək: “Azərbaycanın “yaşıl enerji” potensialı çox böyükdür və 150 GVt-ı ötür. Ümid edirəm ki, yaxın gələcəkdə Serbiya ilə “yaşıl enerji” layihələri ilə bağlı razılığa gələcəyik. Artıq Serbiya bazarının ənənəvi enerji resurslarının tədarükçüsünə çevrilmiş Azərbaycan da “yaşıl enerji” təchizatçısına çevriləcək”.
Rəylər (0):