Azərbaycan “TotalEnergies” ilə bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

image

Azərbaycan Fransanın “TotalEnergies” şirkəti ilə energetika sahəsində həyata keçirilən layihələri və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Renewables.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov tviter hesabında bildirib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən layihələr və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, - nazir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *