Azərbaycan və AİİB "yaşıl enerji" üzrə potensial layihələri müzakirə edib

image

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "yaşıl enerji" və infrastrukturun inkişafı istiqamətində potensial layihələri müzakirə edib.

Renewables.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev tvitter hesabında bildirib.

"AİİB-in investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə ölkəmizin Bankla səmərəli əməkdaşlığı, "yaşıl enerji" və infrastrukturun inkişafı istiqamətində potensial layihələr və AİİB-in Azərbaycanda gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr apardıq", - nazir müavini tvitində qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *