Azərbaycan və Gürcüstan Avropaya yaşıl enerji körpüsü salmağa başlayır

image

Bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsünü salmağa başlayırıq.

Renewables.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı söyləyib.

"Bununla bağlı ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Artıq Bolqarıstan da layihəyə qoşulmaq niyyətini ifadə edib. Ümidvarıq ki, bu layihə bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcək”, - deyə Baş nazir vurğulayıb.

Eyni zamanda, Əli Əsədovun Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də hər iki ölkənin iştirakı ilə həyata keçirilən “Yaşıl enerji dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *