Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
Renewables.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli məsələlər müzakirə olunub, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olunub.
Mayın 22-də Vilnüsdə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə bu sahədə böyük potensialın olduğu vurğulanıb. Xüsusilə investisiyalar, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Rəylər (0):