Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Pakistanın energetika və neft naziri vəzifəsini icra edən Məhəmməd Əli ilə də görüşüb.
Renewables.az Nazirliyə istinadən xəbər verir ki, görüşdə dostluq, qardaşlıq və tərəfdaşlıq üzərində qurulan münasibətlərin inkişafında enerji əməkdaşlığının rolundan bəhs edilib.
Bu xüsusda, “SOCAR Trading” şirkəti ilə LNG təchizatı üzrə imzalanmış müqavilənin əhəmiyyəti qeyd olunub. Yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Rəylər (0):