İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və Qazaxıstanın “DAMU” Sahibkarlığın İnkişafı Fondu "yaşıl" layihələrin maliyyələşdirilməsi ilə bağlı təcrübə mübadiləsi imkanlarını müzakirə edib.
Renewables.az SİF-ə istinadən xəbər verir ki, Fondla “DAMU” arasında onlayn görüş keçirilib.
Görüşdə SİF-in ətraf mühit, sosial və idarəetmə istiqamətləri üzrə fəaliyyəti təqdim edilib, "yaşıl" layihələrin maliyyələşdirilməsi istiqamətində görülən işlərə toxunulub. Həmçinin “DAMU”nun bu istiqamət üzrə təcrübəsi öyrənilib.
Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən “DAMU” Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.
Rəylər (0):