Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə də görüşüb.
Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri “X” hesabında bildirib.
"Azərbaycanın Yaşıl Enerji siyasətinin hədəfləri və töhfələrinin nümayiş olunduğu milli pavilyonunda Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə görüşümüz oldu. Enerji tərəfdaşlığımıza dair fikir mübadiləsi etdik", deyə nazir qeyd edib.
Energetika Nazirliyindən verilən məlumata görə, Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə görüşdə isə iki ölkə arasında enerji tərəfdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb.
Rəylər (0):