Azərbaycan və Səudiyyə Ərəbistanı bərpa olunan enerji təşəbbüslərini nəzərdən keçirib

image

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevin görüşü olub.

Renewables.az COP29 Azerbaijan-a istinadən xəbər verir ki, görüşdə iqlim fəaliyyəti sahəsində əməkdaşlıq imkanları, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və Paris Sazişinin məqsəd və prinsiplərinə nail olmaq üçün birgə fəaliyyətə dair məsələlər müzakirə edilib.

Nazirlər, həmçinin Krallığın iqlim dəyişikliyinin təsirləri ilə bağlı səylərə və təşəbbüslərə diqqət yetiriblər. Nəzərdən keçirilən təşəbbüslərə bərpa olunan enerji mənbələrindən istifadə, “Saudi Green” və “Middle East Green” kimi təşəbbüslər vasitəsilə emissiyaların idarə edilməsi, azaldılması və təmizlənməsi, digər milli və regional proqramları daxildir.

Həmçinin səfər çərçivəsində ACWA Power şirkətləri ilə görüşdə bərpa olunan enerji texnologiyaları müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *