Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsinə investisiya imkanlarının araşdırılması ilə bağlı komissiyalar səviyyəsində iş aparır

image

Azərbaycanın enerji sahəsinə investisiya qoyacaq Səudiyyə Ərəbistanı şirkətləri ilə danışıqlar aparılır.

Renewables.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyli deyib.

“Azərbaycanın istər neft-qaz, istərsə də alternativ enerji sahəsinə investisiya qoymaq imkanlarının araşdırılması ilə bağlı komissiyalar səviyyəsində iş gedir. Bu yaxınlarda Azərbaycanın energetika və iqtisadiyyat nazirləri ilə Səudiyyə Ərəbistanının energetika nazirləri arasında üçtərəfli videogörüş keçirildi və əməkdaşlıq məsələləri müzakirə olundu. Bu görüşdə Azərbaycanın energetika sektoruna daha çox investisiyaların qoyulması imkanları ilə bağlı fikir mübadiləsi aparıldı”, - səfir deyib.

Əl-Cüteyli, həmçinin, alternativ enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıb.

“Səudiyyə Ərəbistanının Azərbaycanda fəaliyyət göstərən ACWA Power şirkəti bizim ölkəmizdə alternativ enerji sahəsində məşhur şirkətlərdəndir. ACWA Power şirkəti enerjinin saxlanması, onun akkumulyasiyası ilə də məşğuldur. İki ay öncə həmin şirkət və Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı sənəd imzalandı. Alternativ enerji sahəsində fəaliyyət göstərən qabaqcıl şirkət kimi ACWA Power-in Azərbaycanda biznesini daha da genişləndirməyə çalışacağıq. ACWA Power çox məsuliyyətli və üzərinə götürdüyü bütün öhdəlikləri lazımi qaydada yerinə yetirən bir şirkətdir”, - diplomat qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *