Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) nümayəndələri elektrik enerjisi bazarının fəaliyyəti, eləcə də bazarda tariflərin tənzimlənməsi ilə bağlı təcrübələrini Azərbaycanın Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri ilə bölüşüb.
"Berpaolunanenerji.az" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, onlayn görüşdə EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Mustafa Yavuzdemir və AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov iştirak edib, təcrübə mübadilələrinin əhəmiyyətindən danışıblar.
Daha sonra EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Alaaddin Emre Evgallioğlu Türkiyənin elektrik enerjisinin topdansatış bazarının tarixi ilə bağlı geniş təqdimatla çıxış edərək mövcud elektrik enerjisi bazarının vəziyyəti, bazar mexanizminin həyata keçirilmə mərhələləri, eləcə də bazar iştirakçılarına dair statistik göstəricilər və “gün öncəsi və gün daxili” topdansatış elektrik enerjisi qiymətlərinin formalaşması haqqında məlumat verib. EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi İbrahim Oğuz Odabaş isə elektrik enerjisi bazarında tətbiq olunan tariflərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Rəylər (0):