Azərbaycan “WindEurope” Assosiasiyası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

image

Energetika naziri Pərviz Şahbazov “WindEurope” Assosiasiyasının icraçı direktoru Gils Diksonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Renewables.az Nazirliyə istinadla xəbər verir ki, görüşdə Assosasiya ilə külək enerjisi sahəsində, o cümlədən Xəzər dənizində hasil ediləcək elektrik enerjisinin Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ötürülməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Assosasiyaya üzv Avropa şirkətlərinin ölkəmizdə həyata keçiriləcək layihələrə developer və ya investor qismində cəlbi, həmçinin külək enerjisi qurğularının Azərbaycanda istehsalı imkanları nəzərdən keçirilib.

Nazir qonağa Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar və layihələr, dekarbonizasiya hədəfləri, eləcə də ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması və ixrac istiqamətində beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda Xəzər dənizi və sahilyanı ərazilərdə zəngin potensiala malik külək enerjisindən istifadənin inkişafına yüksək əhəmiyyət verilir və bu sahəyə bir çox qabaqcıl enerji şirkətlərinin böyük marağı var.

Gils Dikson Assosiasiyanın fəaliyyəti haqqında məlumat verib. Avropada elektrik enerjisinə artan tələbat fonunda Yaşıl Enerji Dəhlizinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, “WindEurope” külək enerjisi potensialından istifadənin inkişafı sahəsində Avropa şirkətləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *