AccessBank və "Global Climate Partnership Fund" (GCPF) arasında 8,5 milyon AZN dəyərində kredit razılaşması imzalanıb.
Renewables.az-ın AccessBank-a istinadən xəbərinə görə, müqaviləyə əsasən, kredit vəsaitləri Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqinə yönəldiləcək.
Beşillik proqram, AccessBank-ın “yaşıl” kredit imkanlarını inkişaf etdirməyə yönəldiləcək və kredit vəsaitlərinin Azərbaycanda “yaşıl” layihələrə yönəldilməsinə şərait yaradan, GCPF tərəfindən maliyyələşdirilən texniki yardım və məsləhət dəstəyini təmin edir.
Rəylər (0):