"Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı" mövzusunda vebinar keçirilib

image

"Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı" mövzusunda vebinar keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (BOEMDA) istinadən xəbər verir.

BOEMDA-nın Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Cavid Babayev tərəfindən iştirakçılara bərpa olunan enerji texnologiyaları, Azərbaycan və dünya üzrə statistik məlumatlar, ölkəmizin iqlim və enerji hədəfləri, qanunvericilik və tənzimləyici mühit, yaşıl enerji zonası və bu ərazilərdə tətbiq olunan texnologiyalar, beynəlxalq təşkilatlar və şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, yaşıl enerjinin ixracı və ilk bərpa olunan enerji hərracı barədə məlumat verilib, suallar cavablandırılıb.

Vebinarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan-Fransız Universitenin (UFAZ) Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin (SEG), eləcə də Azərbaycan Texniki Universitetinin tələbələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *