Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 15 milyard 300,0 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,9 % çoxdur.

"Berpaolunanenerji.az" Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 14 milyard 789,0 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,6 % çoxdur.

Qeyd edilir ki, külək elektrik stansiyaları 18,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 65,7 % azdır.

Günəş elektrik stansiyaları isə 37,0 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 17,5 % çoxdur.

Su elektrik stansiyalarının istehsalı 1 146,8 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 33,8 % çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *