Azərbaycanda elektrik enerjisinə onillik tələbat proqnozu hazırlanacaq

image

Nazirlər Kabineti “Elektrik şəbəkəsinə dair Qaydalar”ı təsdiqləyib.

Renewables.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayana qədər “Elektrik şəbəkəsinə dair Qaydalar”da həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar “Azərişıq” ASC-nin yaratdığı informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilməsi müəyyənləşdirilib.

Sənəddə elektrik enerjisinə onillik tələbat proqnozunun hazırlanması və hər il yenilənməsi nəzərdə tutulub. Qaydalara görə, proqnozu sistem operatoru hər il fevralın 15-nə qədər hazırlayıb razılaşdırmaq üçün tənzimləyiciyə təqdim etməlidir. Tənzimləyici rəy və yaxud təkliflər verdikdə onlar nəzərə alınmaqla sistem operatoru 15 gün ərzində sənədi yenidən işləyib mayın 20-nə qədər razılaşdırmalıdır.

Həmçinin razılaşdırılmış layihə sənədlərini sistem operatoru razılaşdırma başa çatdıqdan sonra 3 gün ərzində, lakin iyunun 1-dən gec olmayaraq təsdiq edib əsaslandırma materialları ilə birlikdə Tənzimləyiciyə və Energetika Nazirliyinə təqdim edəcək və mətni açıqlayacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *