“Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 46) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Texniki Komitə elektrik enerjisi bazarında rəqabət mühitinin formalaşdırılması, elektroenergetika subyektlərinin effektiv fəaliyyətinin təmin edilməsi, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin təmin edilməsi kimi sahələrdə normativ sənədlər bazasının yaradılmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi daşıyır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təsis etdiyi Texniki Komitəyə sədrliyi və katibliyin fəaliyyətinin təşkilini Energetika Nazirliyi həyata keçirir.
Rəylər (0):