Azərbaycanda "Energetika haqqında" yeni qanunun tətbiq dairəsi açıqlanıb

image

Milli Məclisin qəbul etməsi gözlənilən "Energetika haqqında" yeni qanun dövlət orqanlarına (qurumlarına) və tənzimləyiciyə, habelə enerji istehlakçılarına şamil olunacaq.

Renewables.az-ın “Report”a istinadən xəbərinə görə, bu, parlamentə daxil olmuş müvafiq qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, qanun energetika subyektlərinə, Azərbaycanın ayrı-ayrı qanunları ilə təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və neftin və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və Azərbaycan qanunları ilə təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil edilir. Qanun enerjinin avtomobil, dəmir yolu, hava və su nəqliyyatı vasitələri ilə daşınmasına, həmçinin nüvə materiallarının idxalına, ixracına, istehsalına, saxlanılmasına və emalına şamil olunmur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *