Azərbaycanda istehsal edilən “yaşıl enerji” Avropaya nəql olunacaq

image

Ğtən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Sazişə əsasən Azərbaycanda istehsal edilən “yaşıl enerji” Avropaya nəql olunacaq.

Renewables.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil olunan Honçiao Beynəlxalq İqtisadi Forumunun “Qlobal ekoloji sivilizasiyanın qurulması üçün yaşıl investisiya və ticarətin inkişaf etdirilməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.

Azərbaycanın 2030-cu ilədək alternativ və bərpaolunan mənbələrdən əldə edilən enerjinin həcmini 30 faizə çatdırmaqda qərarlı olduğunu bildirən Ş.Mustafayev işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Prezident İlham Əliyevin tapşırığı ilə “Yaşıl enerji zonası” konsepsiyası formatında bərpa edildiyini, həmin ərazilərdə ən müasir texnologiya və konsepsiyaların, o cümlədən “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı kənd təsərrüfatı” və “yaşıl enerji”nin tətbiq olunduğunu diqqətə çatdırıb.

Ölkəmizin alternativ və bərpaolunan enerji potensialı haqqında məlumat verən Baş nazirin müavini bildirib ki, bu sahə artıq Azərbaycanda xarici investisiyaların əsas mənbəyinə çevrilib. O, Azərbaycandakı “yaşıl enerji” layihələrində Çin şirkətləri ilə uğurlu əməkdaşlıq qurulduğunu deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *