Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Renewables.az xəbər verir ki, bu barədə Azərkosmos məlumat yayıb.
Müqaviləyə əsasən peyk təsvirləri və onların həllərindən ölkə ərazisində bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsi və istifadəsi üzrə layihələrdə istifadə olunacaq.
Peyk təsvirlərindən bərpa olunan enerji mənbələri üzrə resursların müəyyən edilməsi və qiymətləndirilməsi, potensial ərazilərin xəritələrinin tərtib olunması mümkün olacaq.
Hər iki agentlik arasında mütəxəssislər üçün bərpa olunan enerjinin qiymətləndirilməsi üzrə bilik və bacarıqlarının mübadiləsi istiqamətində təlim proqramı hazırlanacaq.
Rəylər (0):