Azərbaycanda yaşıl enerji istehsalı 1 milyard kVt-saatdan çox artıb

image

2024-cü ilin 7 ayı üzrə operativ məlumatlara əsasən yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 16 mlrd. 269,0 mln. kVt-saat olub.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.

7 ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 13 mlrd. 863,7 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) 1 mlrd. 867,3 mln. kVt-saat, digər mənbələr üzrə isə 538,0 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 33,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 352,0 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 mlrd. 327,7 mln. kVt-saat) nisbətən 1 mlrd. 077,6 mln. kVt-saat və ya təqribən 81,2 % artaraq 2 mlrd. 405,3 mln. kVt-saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 mlrd. 323,0 mln. kVt-saat (İES-lərdə 12 mlrd. 590,6 mln. kVt-saat, SES-lərdə 1 mlrd. 732,4 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 277,7 mln. kVt-saat (İES-lərdə 116,7 mln. kVt-saat, SES-lərdə 124,2 mln. kVt-saat, GES-lərdə 36,8 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 25,1 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 mlrd. 643,2 mln. kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 522,1 mln. kVt-saat, idxalı isə 112,4 mln. kVt-saat olub.

Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 711,2 mln. kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin idxalı 16,9 mln. kVt-saat, ixrac isə 78,9 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *